Ukrayna Qazaxıstanın etirazına cavab verib

Dünya

01.12.2025 - 15:44

Kiyev Novorossiyskdəki Xəzər Boru Kəməri Konsorsiumu terminalındakı vəziyyətlə bağlı Qazaxıstanın narahatlıqlarını nəzərə alıb

Ukrayna Novorossiyskdəki Xəzər Boru Kəməri Konsorsiumu terminalındakı vəziyyətlə bağlı Qazaxıstanın narahatlıqlarını nəzərə alıb. AYNA.AZ xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda qeyd edilib.

Nazirliyin “Telegram” kanalında bildirilib ki, "Ukrayna tərəfinin heç bir hərəkətinin Qazaxıstan Respublikasına və ya digər üçüncü tərəflərə qarşı yönəlmədiyini vurğulayırıq".

XİN Qazaxıstan xalqına və dostluq və praqmatik münasibətlərin inkişafına sadiq qaldığını bildirib.

Qeyd edək ki, terminaldakı lövbər məntəqələrindən biri 29 noyabrda Ukraynanın hücumu nəticəsində zədələnib. Hadisəyə cavab olaraq terminalda yükləmə və digər əməliyyatlar dayandırılıb və tankerlər sulardan kənara yönləndirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş