“Ukrayna qazanmalı, Rusiya uduzmalıdır”

Dünya

09.03.2023 - 09:38

cedabet dərman SEO Xidməti

İtaliya və Hollandiya Ukraynanı dəstəkləməyə davam edəcəklər

İtaliyanın Baş naziri Corc Meloni və hollandiyalı həmkarı Mark Rutte Ukraynaya hərtərəfli dəstəyi davam etdirəcəklərinə söz veriblər. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Siyasətçilərin danışıqları martın 8-də Romada baş tutub.

“Biz Ukraynanı dəstəkləməkdə ön planda olan iki ölkəyik. Bu mənada biz tamamilə eyni tərəfdəyik”, - Meloni bildirib.

Onun sözlərinə görə, görüş zamanı Baş nazirlər Kiyevə yardımın əlaqələndirilməsi yollarını müzakirə ediblər və dəstəyin həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə davam edəcəyini vurğulayıblar.

Rutte öz növbəsində, İtaliyanın Ukraynaya kömək etmək məsuliyyətinə heyran olduğunu bildirib: “Biz Avropada Rusiyaya qarşı birik. Ukrayna qazanmalı, Rusiya uduzmalıdır”, - deyə siyasətçi bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş