Ukrayna Qara dəniz üzərində Rusiyanın Su-30 təyyarəsini məhv edib - VİDEO

Dünya

12.09.2024 - 15:16

Həkimlər Klinikalar SEO Xidməti

Ukrayna kəşfiyyatı təyyarənin vurulduğu anları əks etdirən videonu dərc edib

Ukrayna Silahlı Qüvvələri MANPADS-lərdən istifadə edərək Rusiyanın Su-30SM qırıcısını Qara dəniz səmasında məhv edib. AYNA xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsindən bildirilib.

Dəlil olaraq, Ukrayna kəşfiyyatı təyyarənin vurulduğu anları əks etdirən videonu dərc edib.

Su-30SM Rusiya Aerokosmik Qüvvələrinin işğal olunmuş Krımdakı Saki aerodromunda yerləşən 43-cü hərbi dəniz aviasiya alayına məxsus idi. Sentyabrın 11-də səhər saat 5 radələrində Rusiya hərbçilərinin onunla əlaqəsi kəsilib. An-26 təyyarəsinin və Mi-8 və Ka-27 helikopterlərinin iştirak etdiyi qırıcının axtarışlarına üç saat sonra başlanılıb.

Nəticədə təyyarənin qalıqları Tarxankut burnundan 70 kilometr şimal-qərbdə tapılıb. Baş Kəşfiyyat İdarəsi qeyd edir ki, məhv edilən qırıcının dəyəri təxminən 50 milyon dollardır.

Böyük Britaniyanın Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynaya müdaxilə başlayandan bəri Rusiya ordusu ən son Su-57 qırıcısı və A-50 kəşfiyyat təyyarəsi də daxil olmaqla ən azı 100 döyüş təyyarəsini itirib.

Ukrayna Silahlı Qüvvələrinin hesablamalarına görə, Rusiya Silahlı Qüvvələri 2022-ci il fevralın 24-dən indiyədək 347 təyyarə və daha 325 helikopter itirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş