Ukrayna öz mütəxəssislərini qəza yerinə göndərdi

Dünya

08.01.2020 - 23:58

Həkimlər Klinikalar SEO Xidməti

Bu qərarda başlıca prioritet həqiqəti aydınlaşdırmaq və bu dəhşətli qəzaya görə cavabdeh olanları müəyyənləşdirməkdir

 

Ukrayna Prezidenti Vladimir Zelenski ukraynalı ekspertlər və hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət təyyarəni İrana qəza yerinə göndərib.

 

AYNA “Qafqazinfo”ya istinadən istinadən xəbər verir ki, Zelenski bu qərarı hökumətin növbədənkənar iclasından sonra qəbul edib. Ekspert qrupunun tərkibinə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin, Müdafiə Nazirliyinin, XİN-in, DİN-in, Ukrayna Təhlükəsizlik Xidmətinin , Dövlət Aviasiya Xidmətinin əməkdaşları daxil edilib.

 

Zelenski bu qərarda başlıca prioritetin “həqiqəti aydınlaşdırmaq və bu dəhşətli qəzaya görə cavabdeh olanları müəyyənləşdirmək” olduğunu bildirib.

 

Qeyd edək ki, Ukraynaya məxsus “Boeing-737” təyyarəsi İmam Xomeyni hava limanında qəzaya uğrayıb. Nəticədə 176 nəfər həlak olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş