Ukrayna ordusu Voronejdəki neft anbarına PUA-larla zərbələr endirib

Dünya

16.01.2025 - 14:47

Həkimlər Klinikalar SEO Xidməti

Dronların zərbələri nəticəsində Liski neft bazasında bir neçə çən yanıb

Yanvarın 16-na keçən gecə Ukraynaya məxsus pilotsuz təyyarələr (PUA) Voronej vilayətinin Liski rayonundakı neft bazasına hücum edib. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Qusev deyib.

Onun sözlərinə görə, hücumda ondan çox dron iştirak edib.

“Ölən və yaralanan yoxdur. İlkin məlumatlara görə, vətəndaşların əmlakına ziyan dəyməyib”, – Qusev “Telegram” kanalında yazıb.

Dronların zərbələri nəticəsində Liski neft bazasında bir neçə çən yanıb. Gecə boyu yanğının söndürülməsi növbəti hücumlar təhlükəsi ilə çətinləşib.

Qusev qeyd edib ki, “əhali üçün heç bir təhlükə yoxdur və hücum bölgədə yanacaq-sürtkü materiallarının mövcudluğuna təsir etməyəcək”.

Qeyd edək ki, yanvarın 14-də Ukrayna PUA-ları Kazan ətrafında mayeləşdirilmiş qaz anbarına, eləcə də əvvəlki hücumdan sonra beş gündür söndürülməyən Engelsdəki Kristall zavodunun neft anbarına hücum edib. Bundan əlavə, “Rosneft”in Saratovdakı Saratov Neft Emalı Zavodu da hücuma məruz qalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş