Rusiya tərəfi hələlik insidentlə bağlı açıqlama verməyib
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) Xüsusi Təyinatlı Qüvvələrinin bölməsi Rusiyanın ilhaq etdiyi Krımda Rusiyanın 3 çoxməqsədli Mi-8 helikopterini və 55J6U Nebo-U radiolokasiya stansiyasını məhv edib. AYNA.AZ xəbər verir ki, GUR bu barədə sentyabrın 21-də “Telegram”da məlumat yayıb.
GUR məhv edilmiş Mi-8 helikopterlərindən birinin fotosunu yayıb.
Rusiya tərəfi hələlik insidentlə bağlı açıqlama verməyib.