Ukrayna KİV: Qərb Kiyevi Moskva ilə danışıqlara məcbur etmir, amma...

Dünya

09.11.2022 - 16:22

Həkimlər Klinikalar SEO Xidməti

“Rusiya Federasiyası ilə mümkün danışıqlara dair heç bir hazırlıq işi aparılmır”

Hazırda Ukrayna-Rusiya mümkün danışıqlara dair heç bir hazırlıq işi aparılmır.

Qərb tərəfdaşları Ukraynanı Rusiya ilə danışıqlara razı salmağa çalışmır. AYNA xəbər verir ki, bu barədə “Ukrainska pravda”ya diplomatik dairələrdəki yüksək vəzifəli biri deyib.

“Tərəfdaşlar Kiyevi danışıqlara meyilləndirmirlər, sadəcə deyirlər ki, rusları belə qətiyyətlə rədd etmək doğru deyil”, - mənbə söyləyib.

Diplomat Qərb tərəfdaşlarının Ukraynaya təzyiq etdiyini və Rusiya ilə danışıqlar masasına oturmağa çağırışlarını inkar edib: "Əslində ciddi heç nə baş vermir. Necə irəliləmək barədə çox qeyri-müəyyən danışıqlar gedir".

Mənbənin sözlərinə görə, hazırda Rusiya Federasiyası ilə mümkün danışıqlara dair heç bir hazırlıq işi aparılmır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş