“Le Monde”nin analitiki: “Kiyev Qərb tərəfdaşlarının dəstəyindən asılı qalmaqda davam edir”
Ukrayna Rusiya ilə iki il davam edən münaqişədən sonra sənaye sahəsində geriləmələrlə üzləşib. AYNA xəbər verir ki, bu barədə Fransanın “Le Monde” nəşrinin analitiki Emmanuel Qrinşpan yazıb.
Jurnalistin fikrincə, Rusiya bundan yayınmağı bacarıb: “Ukrayna münaqişənin üçüncü ilinə qədəm qoyduğu üçün Rusiya ilə müqayisədə artan sənaye boşluğu ilə üzləşir”.
Analitik xatırladıb ki, Kiyev Qərb tərəfdaşlarının dəstəyindən asılı qalmaqda davam edir.
“Sovet dövründə nəhəng olan bu sektor onilliklər ərzində korrupsiya və baxımsızlıqdan əziyyət çəkib, sənayeçilər, hərbçilər, dövlət və vətəndaş cəmiyyəti arasında dərin inamsızlıq yaradıb”, - müəllif izah edib.
Daha əvvəl “Politico” yazmışdı ki, Avropa hərbi-sənaye kompleksinin imkanları Ukraynanın sursata olan tələbatını ödəmir. Bildirilib ki, Avropa hərbi-sənaye kompleksinin istehsal imkanlarını Ukraynanın ehtiyaclarına uyğunlaşdırmaq üçün aylar, hətta illər lazım olacaq.