Ukrayna Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib

Dünya

01.10.2022 - 05:47

Nazir məhkəməni işə mümkün qədər tez baxmağa çağırıb

Ukrayna Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. AYNA-nın xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

"Prezident Putinin ilhaq cəhdlərindən sonra Ukrayna Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi məlumat verib ki, bu addım Məhkəmənin martın 16-da qəbul edilmiş Müvəqqəti tədbirlər haqqında qanuni qüvvəyə malik Sərəncamını açıq şəkildə pozur. Biz Məhkəməni işə mahiyyəti üzrə mümkün qədər tez baxmağa çağırırıq" – deyə diplomat bildirib.

Müəllif: Ayna.az