Uitkoff və Kuşner Zelenski ilə planlaşdırılan görüşü ləğv ediblər

Dünya

03.12.2025 - 13:14

“Mənbələr Brüssel görüşünün ləğv olunduğunu bildirir”

ABŞ Prezidenti Donald Trampın üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ Prezidentinin kürəkəni Cared Kuşner Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski ilə planlaşdırılan görüşü ləğv ediblər.

AYNA.AZ xəbər verir ki, bu məlumatı “Euronews”un jurnalisti Aleks Raufoqlu “X” platformasında yayıb.

“Mənbələr Brüssel görüşünün ləğv olunduğunu bildirir və bu, Zelenskinin Ukraynaya qayıtmaq qərarını təsdiqləyir. Bu arada, Kreml iddia edir ki, Uitkoff və Kuşner Rusiya Prezidenti Vladimir Putinlə danışıqları başa vurduqdan sonra birbaşa Vaşinqtona getməyə söz veriblər", - deyə jurnalist yazıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş