Uelsdə 1694 ruhi xəstə səhvən xəstəxanadan evə buraxılıb

Dünya

28.05.2020 - 13:53

“Belə bir səhvin necə edildiyini anlaya bilmirəm”

 

Birləşmiş Krallıq ölkəsi olan Uelsdə 1694 ruhi xəstə koronavirus pandemiyası müddətində səhvən evlərinə buraxılıb. AYNA xarici mediaya istinadən bildirir ki, fakt ortaya çıxdıqdan sonra səlahiyyətlilər evə buraxılan xəstələrlə əlaqə qurmağa çalışıblar.

 

Ulels Sosial Demokrat Partiyasının səhiyyə sözçüsü Plaid Kyumru ruhi xəstələrin səhvən evlərinə göndərildiyini açıqlayıb.

 

“1694 ruhi xəstənin hələ də dəstəyə ehtiyacı olduğu halda, vaxtından əvvəl xəstəxanalardan buraxılması xəbərini almaq son dərəcə üzücüdür. Səhiyyə sahəsində belə bir səhvin necə edildiyini anlaya bilmirəm. Xəstələrin hamısı ilə təmas qurulduğu xəbərinə isə sevindim”, Plaid Kyumru bildirib.

Müəllif: Ayna.az