İxtisas seçimi avqustun 20-dən başlanıb və 30-dək davam edəcək
Üçüncü qrupda müsabiqə balları keçən ildən daha yüksək olacaq. Reytinqi yüksək olan ixtisaslarda müsabiqə vəziyyəti çətinləşəcək. Bu, 500-600 bal arasında bal toplayanların daha çox olması ilə bağlıdır. Ola bilsin müəyyən ixtisasları daha az adam seçəcək, yaxud müəyyən abituriyentlər özəl universitetləri seçəcək.
AYNA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Feysbuk səhifəsi vasitəsilə Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verərkən deyib.
Xatırladaq ki, ixtisas seçimi avqustun 20-dən başlanıb və 30-dək davam edəcək.