Ucarda iki nəfər dəm qazından zəhərlənib

Xəbərlər

31.01.2026 - 23:08

Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib

Ucarda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib.

Belə ki, rayonun Qarabörk kənd sakini, 1981-ci il təvəllüdlü Elnarə Xəlil qızı Xəlilova və Gəraybəyli kənd sakini, 2020-ci il təvəllüdlü Aliyə Əlisa qızı Vəliyeva zəhərlənmə diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib, vəziyyətləri stabildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş