Üç ərazidə yanğın çıxıb

Hadisə

23.04.2020 - 09:52

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə yerlərinə FHN əməkdaşları cəlb olunub

 

Balakən rayonunun Hənifə kəndində ümumi sahəsi 100 m² olan tövlənin yanar konstruksiyaları 50 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Samux rayonunun Qarayeri kəndində isə, ümumi sahəsi 84 m² olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Daha bir yanğın hadisəsi Bakı şəhərinin Xəzər rayonunda qeydə alınıb. Ümumi sahəsi 120 m² olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 40 m² olan ərzaq mağazasının lambirindən ibarət tavanı 12 m² sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş