Bakıda qardaş qardaşı bıçaqladı

Hadisə

17.10.2019 - 01:54

Qardaşlar arasında dava bıçaqlanma ilə nəticələnib

Sabunçu rayonunda qardaşlar arasında mübahisə zəminində bıçaqlanma hadisəsi baş verib.

 

AYNA APA-ya istinadən xəber verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb

 

1967-ci il təvəllüdlü Aşurov Kamandar Haqverdi oğlu qardaşı ilə mübahisə edib. 


Nəticədə o, 3 bıçaq xəsarəti alıb.

 

Yaralı ağır vəziyyətdə xəstəxanada cərrahi əməliyyat edilib. Hər iki qolun və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan K.Aşurovun vəziyyəti kafi qiymətləndirilir.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif: Ayna.az