Güclü zəlzələ Türkiyədə insan itkisinə və ciddi dağıntılara səbəb olub
Türkiyənin şərqində baş vermiş zəlzələ nəticəsində azı 31 nəfər həlak olub.
Bu barədə AYNA Türkiyə mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, təbii hadisə zamanı daha 1466 nəfər yaralanıb. Məlumata görə, dağıntılar altından 41 nəfər çıxarılıb.
Ötən gün Türkiyədə növbəti zəlzələ baş verib. Yeraltı təkanlar Manisa vilayətində, Akhisar rayonunda, 4,1 bal gücündə qeydə alınıb.
Daha əvvəl təbii hadisə nəticəsində 29 nəfərin həlak olduğu bildirilirdi.