Yeraltı təkanların episentri Van vilayətinin Tuşba rayonunda olub
Türkiyənin Van vilayətində 4,3 bal gücündə zəlzələ qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Van vilayətinin Tuşba rayonunda olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.