Türkiyədə zəlzələ olub

Dünya

18.11.2020 - 09:09

Zəlzələ ocağı 10,77 km dərinlikdə yerləşib

 

Türkiyənin Çorum şəhərində 4,2 bal gücündə zəlzələ olub. AYNA bildirir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) məlumat yayıb.

 

Yerli vaxtla saat 02:05-də qeydə alınan yeraltı təkanlar Kırıkkale, Yozqat və Kastamonuda da hiss olunub.  Zəlzələ ocağı 10,77 km dərinlikdə yerləşib.

 

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Müəllif: Ayna.az