Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib
Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib.
AYNA-nın məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Muş vilayətində yerli vaxtla saat 03:15-də Korkut rayonunda qeydə alınıb.
Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.