Türkiyədə zəlzələ ilə bağlı paylaşımlara görə 43 nəfər həbs edilib

Dünya

12.03.2023 - 14:26

cedabet dərman SEO Xidməti

Zərərçəkmişlərə kömək etmək istəyənlərdən sui-istifadə etmək məqsədilə yaradılmış 81 saxta sayt bağlanıb

Türkiyədə sosial şəbəkələrdə zəlzələ ilə bağlı təxribat xarakterli paylaşımlar edən 43-ü həbs edilib. AYNA xəbər verir ki, bu barədə ölkənin Baş Təhlükəsizlik İdarəsinin Kibercinayətkarlıqla Mübarizə İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, vətəndaşlarda qorxu və panika yaratmaq məqsədilə sosial şəbəkələrdə zəlzələlərlə bağlı təxribat xarakterli yazılar yerləşdirən ümumilikdə 1161 hesab müəyyən edilib.

“Onlardan 675-nə qarşı iddia qaldırılıb. Bundan sonra Türkiyə Baş Prokurorluğundan alınan göstərişə əsasən, 179 nəfər saxlanılıb, onlardan 43-ü həbs edilib”, - deyə vurğulanıb.

Bildirilib ki, bundan əlavə, zəlzələdən zərərçəkmişlərə kömək etmək istəyən vətəndaşların xoş niyyətlərindən sui-istifadə etmək məqsədilə yaradılmış 81 saxta sayt bağlanıb.

Rəsmi qurumların adlarından istifadə edərək və ya təqlid edərək Türkiyə vətəndaşlarından pul tələb edən 15 sosial media hesabı barədə də lazımi tədbir görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş