Türkiyədə yer yerindən oynayıb

Dünya

05.01.2020 - 12:43

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində ölən və yaralanan olmayıb

 

Türkiyənin Egey dənizi sahillərində 4 bal gücündə zəlzələ baş verib.

 

AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Fövqəladə Halların İdarə olunması Agentliyi məlumat yayıb.

 

Yeraltı təkanların episentri Türkiyənin İzmir şəhərinin mərkəzindən 21 km məsafədə yerləşən Urla rayonunda, 12 km dərinlikdə olub.

 

Zəlzələ Aydın və Manisa bölgələrində də hiss edilib.

 

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş