Türkiyədə yenə güclü zəlzələ olub

Dünya

06.02.2023 - 14:56

Kahramanmaraş vilayətində 7.7 bal gücündə zəlzələ baş verib

Türkiyənin Kahramanmaraş vilayətinin Elbistan rayonunda daha bir güclü zəlzələ olub. AYNA Türkiyə mediasına istinadən bildirir ki, yerli vaxtla 13:25-də baş verən təkanların gücü 7,7 bal olub.

Zəlzələnin Türkiyənin bir çox vilayətində hiss edildiyi bildirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında da Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 2470 bina dağılıb, azı 912 nəfər həlak olub, 5385 nəfər yaralanıb.  

Müəllif: Ayna.az