Türkiyədə təyyarə və qatarlara bilet satışına başlanıldı

Dünya

25.05.2020 - 17:13

Səfərlər qabaqlayıcı tədbirlər çərçivəsində baş tutacaq

 

Türkiyədə koronavirus səbəbindən dayandırılan dəmir yolu, sürətli qatar və təyyarə reysləri bərpa olunur. AYNA Türkiyə KİV-ə istinadən bildirir ki, bu gündən etibarən ölkədə dəmir yolu və sürətli qatar biletlərinin satışına başlanıb.

 

Türkiyədə dəmir yolu səfərlərinin mayın 28-dən, aviareyslərin isə iyunun 4-dən etibarən başlaması nəzərdə tutulur. Biletlər ilkin mərhələdə yalnız onlayn sistemlə satılacaq. Səfərlər qabaqlayıcı tədbirlər çərçivəsində baş tutacaq. 

Müəllif: Ayna.az