Süleyman Soylu: "İskəndərunda iki terrorçu zərərsizləşdirilib"
Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqindəki Hatay əyalətinin İskəndərun şəhərində iki terrorçunu zərərsizləşdirib.
AYNA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.
"İskəndərunda iki terrorçu zərərsizləşdirilib, - nazir bildirib.
Daha əvvəl əyalətin qubernatoru Rahmi Doğan terrorçulardan birinin saxlanılması əməliyyatı zamanı partlayışın baş verdiyini bildirmişdi. O, terrorçunun zərərsizləşdirildiyini, əməliyyat zamanı insan itkisinin olmadığını qeyd etmişdi.