Türkiyədə son sutkada 23 nəfər COVID-19-dan vəfat edib

Dünya

07.06.2020 - 23:52

Bir gündə koronavirusa 914 yeni yoluxma qeydə alınıb

 

Türkiyədə son sutka ərzində koronavirusa 914 yoluxma qeydə alınıb, 23 nəfər vəfat edib. 2 min 647 xəstə isə sağalaraq evə buraxılıb. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

 

Bununla da Türkiyədə COVID-19 səbəbindən ölüm sayı 4 bin 692-ə çatıb. Ümumi yoluxma sayı isə 170 min 132-ə yüksəlib. Bu gün iyileşen sayısı 2 bin 647 olub.

 

Nazir vurğulayıb ki, koronavirusa qarşı mübarizədə tətbiq edilən qaydalara əməl edənlərin sayı azaldıqca, virusa yoluxanların sayı artır.

Müəllif: Ayna.az