Silahlı şəxsin Qəzzaya hücumlara etiraz olaraq bu əməli törətdiyi ehtimal edilir
Türkiyənin Kocaeli şəhərinin Gebze rayonunda fabrikə basqın edən naməlum şəxs, ilkin məlumata görə, 7 nəfəri girov götürüb.
AYNA xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Ehtimala görə, silahlı şəxs İsrailin Qəzzaya hücumlarına etiraz olaraq bu əməli törədib.
Hazırda polislərin silahlı şəxsin təslim olması və girovları azad buraxması istiqamətində səyləri davam edir.