Səfərbərlik və Hərbi Vəziyyət Xartiyası ləğv edilib
Türkiyədə Səfərbərlik və Hərbi Vəziyyət Xartiyası ləğv edilib. AYNA xəbər verir ki, bu barədə müvafiq sərəncamı mayın 21-də ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.
Sənədə əsasən, Türkiyə Nazirlər Şurasının 90/500 saylı qərarı ilə təsdiq edilmiş 24 may 1990-cı il tarixli Səfərbərlik və Hərbi Vəziyyət Əsasnaməsi əvəzinə Səfərbərlik və Hərbi Vəziyyət haqqında Əsasnamə qüvvəyə minib.
“Bu dəyişiklik qanunvericilik bazasını müasir dövrün tələblərinə uyğunlaşdırmaq məqsədi daşıyır”, Türkiyə liderinin administrasiyası bəyan edib.
Sənəddə bildirilir ki, Türkiyəyə qarşı müharibə və üsyanı qaçılmaz edən, ölkənin bütövlüyünə və xalqın birliyinə dövlət daxilində və ya xaricdən təhdid yaradan vəziyyət yaranarsa, Prezidentə ümumi və ya qismən səfərbərlik elan etmək səlahiyyəti verilir.