Onlar arasında “Beşiktaş”ın məşqçisi və akademiyanın işçisi də var
Türkiyənin Peşəkar Futbol İntizam Komitəsi texniki işçilər, məşqçi və region müşahidəçiləri daxil olmaqla son 5 ildə mərc oyunlarında iştirak edən 153 nəfəri cəzalandırıb.
AYNA.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, onlar arasında “Beşiktaş”ın köməkçi məşqçisi Ozan Köprülü və akademiyanın işçisi Sərdar Topraktəpə də var.
Onlar müvafiq olaraq, 12 və 3 aylıq futboldan uzaqlaşdırılıblar.