Türkiyədə işsizlik rekord həddə düşüb

Dünya

26.03.2024 - 08:25

2023-cü ilin sonunda işsizlik səviyyəsi 9,4 faiz təşkil edib ki, bu da son 10 ildə minimum göstəricidir

Türkiyədə 2023-cü ilin sonunda işsizlik səviyyəsi 9,4 faiz təşkil edib ki, bu da son 10 ildə minimum göstəricidir. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Statistika İnstitutu məlumat yayıb.

2023-cü ildə 15 yaşdan yuxarı işsizlərin sayı əvvəlki illə müqayisədə 318 min nəfər azdır. 2022-ci ildə işsizlik 10,4 faiz təşkil edib. Ümumilikdə, bu gün Türkiyədə işsiz vətəndaşların sayı 3,26 milyon təşkil edir. Kişilərin 7,7 faizi, qadınların isə 12,6 faizi işsizdir.

Məlumatda qeyd olunub ki, 15-24 yaş qrupunda 17,4 faiz işsiz var. Baxmayaraq ki, 2022-ci illə müqayisədə bu göstərici 2 faiz az deməkdir.

Bildirilib ki, Türkiyədə məşğulluq nisbəti 48,3 faiz təşkil edib və il ərzində 0,8 faiz artıb. 31,6 milyon vətəndaş məşğuldur ki, onların da 65 faizdən çoxu kişilər, 31 faizdən çoxu qadınlardır.

Müəllif: Ayna.az