Əməliyyat nəticəsində 44 nəfər saxlanılıb
Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib.
AYNA xəbər verir ki, bu barədə “Cümhuriyyet” məlumat yayıb.
Qeyd olunub ki, əməliyyat nəticəsində 44 nəfər saxlanılıb.
Şübhəlilərdən 22-si həbs olunub. Digərləri isə sərbəst buraxılıb.