Türkiyədə İŞİD-ə qarşı əməliyyat: yeddi polis yaralanıb

Dünya

29.12.2025 - 13:37

Elmalık kəndinə gedən yolda bir evdə İŞİD terror təşkilatına qarşı əməliyyat keçiriblər

Türkiyədə İŞİD qruplaşmasının terrorçularına qarşı əməliyyat zamanı yeddi polis əməkdaşı yaralanıb. AYNA.AZ xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Xəbərdə deyilir: "Vilayət təhlükəsizlik idarəsinin polis əməkdaşları Elmalık kəndinə gedən yolda bir evdə İŞİD terror təşkilatına qarşı əməliyyat keçiriblər".

Yaralıların xəstəxanaya aparıldığı və onların "sağlamlıqlarının" yaxşı olduğu bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş