Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib.

Dünya

25.12.2025 - 15:07

Yeni il gecəsi terror aktı planlaşdıran 115 şübhəli saxlanılıb

İstanbulda İŞİD-ə qarşı əməliyyat çərçivəsində Yeni il gecəsi terror aktı planlaşdıran 115 şübhəli saxlanılıb. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.

Terror təşkilatının fəaliyyəti ilə əlaqəli 137 şübhəli haqqında həbs qərarı verildiyi, 115 nəfərin isə saxlanıldığı bildirilir.

Əməliyyat İstanbulda 124 ünvanda aparılıb və nəticədə çoxlu sayda silah və sursat ələ keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş