Türkiyədə əhalinin peyvəndlənməsinə başlanılıb

Dünya

14.01.2021 - 12:11

İlk peyvənd ölkənin səhiyyə naziri Fahrettin Kocaya vurulub

 

Türkiyə əhalisinin koronavirusa (COVID-19) qarşı peyvəndlənməsinə başlanılıb. AYNA qardaş ölkə mediasına istinadən bildirir ki, ilk peyvəndlər İstanbulda professor Cəmil Taşcıoğlu adına Tədris-Araşdırma Xəstəxanasında səhiyyə işçilərinə vurulur.

 

Qeyd edək ki, Türkiyədə əhaliyə Çin istehsalı olan “Sinovac” peyvəndi tətbiq olunur. Peyvəndləmə dörd mərhələdə aparılacaq. İlkin mərhələdə səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olanlar, yaşlı, əlil, qoruma evlərində qalan vətəndaşlar peyvəndlənəcək. Növbəti mərhələdə isə risk qruplarına daxil olan və yaşı 50-dən yuxarı olanlar peyvənd olunacaqlar.

 

Türkiyədə ilk peyvənd ölkənin səhiyyə naziri Fahrettin Kocaya vurulub.

Müəllif: Ayna.az