Türkiyədə daha bir meşə yanğını başlayıb

Dünya

13.08.2021 - 21:12

Həkimlər Klinikalar SEO Xidməti

Yanğının söndürülməsinə havadan 4 helikopter cəlb olunub

 

Türkiyənin Kahramanmaraş əyalətində meşəlik ərazidə yeni yanğın ocağı yaranıb.

 

AYNA Haberturk-ə istinadən xəbər verir ki, Onikişubat mahalının Demrek məhəlləsində yerləşən meşəlik ərazidə ildırım çaxması nəticəsində yanğın baş verib.

 

Kahramanmaraş Meşə Bölgəsi Müdirliyi tərəfindən bölgəyə 10 su çiləyicisi, 3 inşaat maşını, 10 texniki işçi və 100 yanğınsöndürmə işçisi göndərilib. Yanğının söndürülməsinə havadan 4 helikopter də cəlb olunub. Ekipajlar alovun qarşısını almaq üçün işlərini davam etdirirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş