Türkiyədə daha 65 nəfər koronavirusdan ölüb

Dünya

04.03.2021 - 01:29

Ölkədə ağır xəstə sayı 1224 nəfər təşkil edir 

 

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

 

AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün 65 nəfər pandemiyanın qurbanı olub.

 

Bununla indiyədək COVID-19-dan ölənlərin sayı 28 min 771-ə yüksəlib.

 

Gün ərzində 138 min 18 test aparılıb, onlardan 11 min 520-si müsbət çıxıb. Bununla ümumi yoluxanların sayı 2 milyon 734 min 836-ya çatıb.

 

Ağır xəstə sayı 1224-dür. Bu gün 7 min 191 nəfər xəstəlikdən sağalıb. Beləcə, sağalanların sayı 2 milyon 593 min 264-ə qalxıb.

Müəllif: Ayna.az