Ölkədə ağır xəstə sayı 1230 nəfər təşkil edir
Türkiyədə koronavirusla bağlı bu günıə olan vəziyyət açıqlanıb.
AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün 64 nəfər koronavirusdan ölüb, bununla ölənlərin ümumi sayı 28 min 965-ə çatıb.
Sutkada 138 min 592 test aparılıb, bunun 11 min 770-i müsbət çıxıb. Türkiyədə ümumi yoluxma sayı 2 milyon 769 min 230-a yüksəlib.
Bu gün 7 min 291 nəfər koronavirusdan sağalıb, beləcə, sağalanların ümumi sayı 2 milyon 616 min 139-a qalxıb. Ağır xəstə sayı 1230 olub.