Türkiyədə COVID-19 qurbanlarının sayı artıb

Dünya

01.10.2020 - 05:44

Koronavirus can almaqda davam edir 

 

Türkiyədə son 24 saat ərzində daha 65 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

 

AYNA-nın məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 8 195 nəfərə çatıb.

 

Onun sözlərinə görə, ölkədə 1 391 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 318 663 nəfərə çatıb.

 

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 245 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 279 749 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş