Türkiyədə COVID-19-la bağlı son vəziyyət

Dünya

12.12.2021 - 02:31

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 191nəfər dünyasını dəyişib. AYNA-nın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayınladığı cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 349 221 nəfərin test edildiyi, 19 255 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 23 180 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 121 600 540 peyvənd tətbiq edilib ki, bunun 91,04 faizi birinci, 82,00 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş