Türkiyədə bir gündə 185 nəfər koronavirusdan ölüb

Dünya

30.11.2020 - 02:07

6 min 439 xəstənin COVID-19 testi pozitiv çıxıb

 

Türkiyədə son sutka ərzində koronavirusdan 185 nəfər vəfat edib. AYNA qardaş ölkə mətbuatına istinadən bildirir ki, ötən gün Türkiyədə 168 min 212 nəfər koronavirus testindən keçib.

 

6 min 439 xəstənin COVID-19 testi pozitiv çıxıb. Ümumilikdə isə simptomları müəyyən edilməyən xəstələrlə birlikdə 29 min 281 nəfər virus şübhəsi ilə qeydiyyata alınıb.

 

 

 

Müəllif: Ayna.az