30 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb
Türkiyənin Manisa əyalətində avtobus qəzası olub. AYNA Türkiyə mediasına istinadən bildirir ki, hadisə nəticəsində doqquz nəfər ölüb, 30 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumatda bildirilir ki, İstanbul – İzmir marşrutu üzrə hərəkət edən avtobus Soma rayonunda yük avtomobili ilə toqquşub. Qəza zamanı avtobusda 50 sərnişin olub. Hadisə ilə bağlı təhqiqat başlayıb.