Kənd təsərrüfatı işçilərini daşıyan nəqliyyat vasitəsi qəzaya uğrayıb
Türkiyənin Düzce şəhərində ağır yol qəzası olub. AYNA Türkiyə KİV-inə istinadən xəbər verir ki, kənd təsərrüfatı sahəsində çalışan işçiləri daşıyan maşının 50 metr hündürlükdən aşması nəticəsində 22 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

