Yeraltı təkan yerli əhalidə böyük təşviş yaradıb
Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda dünən yerli vaxtla saat 17:17-də 4,2 bal gücündə zəlzələ baş verib.
AYNA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, bu, bölgədə gün ərzində baş verən ikinci zəlzələ olub. Ətraf bölgələrdə də hiss olunan yeraltı təkan yerli əhalidə böyük təşviş yaradıb. Yeraltı təkanın təsiri barədə hələlik məlumat yoxdur.