Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib
Türkiyənin Kahramanmaraş şəhərində 2 sərnişin avtobusu toqquşub.
AYNA xəbər verir ki, hadisə nəticəsində 9 nəfər yaralanıb. Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Məlumata görə, xəsarət alanlardan 1-i sürücü, 8-i sərnişinlərdir.
Yaralıların sayının artacağı istisna edilmir.