Saxlanılanlardan 13-ü xarici ölkə vətəndaşıdır
Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçirilib. AYNA Türkiyə mediasına istinadən bildirir ki, əməliyyat nəticəsində terror qruplaşması ilə əməkdaşlıqda şübhəli bilinən 14 nəfər saxlanılıb.
Onlardan 13-ü xarici ölkə vətəndaşıdır. Əcnəbi vətəndaşların ekstradisiyası işləri görülür.
Saxlanılan şəxslərin yaşadıqları ünvanlarda aparılan axtarış zamanı terror təşkilatına aid çoxlu sayda rəqəmsal material ələ keçirilib.