Türkiyə Yunanıstanda hərbi təlimlərdə iştirak edəcək

Dünya

02.09.2024 - 18:50

Həkimlər Klinikalar SEO Xidməti

Təlimlərin sentyabrın 6-dək davam edəcəyi bildirilib

Türkiyə Yunanıstanda keçirilən DYNAMIC GUARD-II/2024 Elektron Hərəkat Təliminə qatılacaq. AYNA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə təlimlərdə NATO Daimi Dəniz Xidməti Qrupu-2-de xidmət edən "TCG Yıldırım" gəmisi ilə iştirak edəcək.

Təlimlər bu gün başlayıb və sentyabrın 6-dək davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş