Nazir: "Sazişin müddətinin daha bir il uzadılmasını təklif edirik"
Türkiyə noyabrın 19-da vaxtı bitəcək taxıl sazişinin müddətini daha bir il uzatmaq istəyir.
AYNA xəbər verir ki, bunu Ankaradakı mətbuat konfransında Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
“Ukrayna Türkiyə vasitəsi ilə Rusiyaya zəmanət verib ki, Qara dənizdıəki təhlükəsizlik dəhlizi hərbi məqsədlə istifadə edilməyək. biz sazişin müddətinin daha bir il uzadılmasını təklif edirik” – deyə Akar vurğulayıb.