Türkiyə səfirindən Bakının qurtuluşu ilə bağlı paylaşım

Xəbərlər

15.09.2021 - 13:42

“…Qafqazın bağrında yatan minlərlə şəhidimizi rəhmətlə anırıq”

“Bu gün Bakının bolşevik-erməni işğalından qurtuluşunun 103-cü ildönümüdür”. AYNA xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Twitter” hesabında yazıb.

“Bu vacib gündə Qafqaz İslam Ordusunun müzəffər komandanı Nuru Paşanı, onun qəhrəman ordusunu və Qafqazın bağrında yatan minlərlə şəhidimizi rəhmətlə anırıq. Tək millət, iki dövlət”, - deyə səfir vurğulayıb.

 

Müəllif: Ayna.az