Türkiyə Rusiya-Ukrayna münaqişəsinin həlli üçün toplantı keçirməyə hazırlaşır

Dünya

05.10.2023 - 11:45

cedabet dərman SEO Xidməti

Toplantı iştirakçıları Zelenskinin “sülh formulu”nu həyata keçirməyi müzakirə edəcəklər

Türkiyə oktyabrda beynəlxalq toplantıya ev sahibliyi etməyə hazırlaşır. Toplantı iştirakçıları Rusiya-Ukrayna münaqişəsinin həlli yollarını və Ukrayna Prezidenti Volodimir Zelenskinin “sülh formulu”nu həyata keçirməyi müzakirə edəcəklər. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Türkiyə milli təhlükəsizlik müşavirlərinin üçüncü beynəlxalq toplantısına ev sahibliyi etməyə hazırlaşır”, - nəşr yazır.

Agentliyin məlumatına görə, görüşün ilkin olaraq İstanbulda keçirilməsi planlaşdırılır.

Bundan əvvəl Belarusun xarici işlər naziri Sergey Aleynik türkiyəli həmkarı Hakan Fidan ilə Ukrayna münaqişəsini müzakirə etdiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş