Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır

Dünya

28.11.2025 - 17:53

Hakan Fidan: “Türkiyə İstanbulda danışıqları yenidən keçirməyə hazırdır”

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Rusiya və Ukrayna ilə birbaşa əlaqələr saxladığını və İstanbulda münaqişələrin həlli danışıqlarını yenidən keçirməyə hazır olduğunu açıqlayıb. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu barədə Fidan Berlində alman həmkarı Yohan Vadeful ilə birgə mətbuat konfransında deyib.

"İstanbuldakı danışıqlar bu yay bərpa edildi. Üç raund keçirdik və tərəflər arasında birbaşa danışıqların bir çox məsələdə məhsuldar nəticələr verdiyini gördük. Bu yolda davam etməliyik. Türkiyə İstanbulda danışıqları yenidən keçirməyə hazırdır. Tərəflər arasında birbaşa əlaqələr saxlayırıq. Diplomatiyadan çəkinməməliyik", - deyə nazir vurğulayıb.

Fidan həmçinin qeyd edib ki, "Cenevrədə yeni perspektivlər və plan ortaya çıxıb və müzakirələr davam edir".

“Həll üçün bir çərçivənin formalaşdığını görürük. Biz bunu alqışlayırıq. Şərtlər nə qədər çətin olsa da, bu impulsu və bu danışıqlar platformasını boşa çıxarmaq olmaz", - Fidan əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş