Türkiyə qəzaya uğrayan “C-130” təyyarəsində hərbi sursat olmadığını açıqlayıb

Dünya

13.11.2025 - 19:23

təyyarənin heyəti Qələbə paradı münasibətilə Azərbaycana gələn “F-16” təyyarələrinin texniki personalı olub

Qəzaya uğrayan hərbi təyyarədə heç bir hərbi sursat olmayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

Nazirlik bildirib ki, təyyarənin heyəti Qələbə paradı münasibətilə Azərbaycana gələn “F-16” təyyarələrinin texniki personalı olub.

Türkiyə Milli Müdafiə Nazirliyi bəyan edib ki, “C-130” hərbi yük təyyarəsi sonuncu dəfə saat 13:50-də Tiflis ilə əlaqə saxlayıb: "11 noyabrda Türkiyə Hərbi Hava Qüvvələrinin 12-ci Əsas Hava Nəqliyyatı Bazasına məxsus 68-1609 nömrəli “C-130E” təyyarəsi heyət və təchizat daşımaq üçün saat 9:02-də Kayseridən Gəncəyə yola düşüb. Saat 13:15-də yenidən Azərbaycanda Qələbə paradında görünən “F-16” təyyarələri üçün texniki avadanlıqların çatdırılması üçün havaya qalxıb. Tiflis ilə son əlaqə saat 13:50-də qurulub, bundan sonra əlaqə kəsilib".

Nazirlik qeyd edib ki, təyyarə qəzasının səbəbi hələ də məlum deyil: "Təyyarə naməlum səbəbdən Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayıb".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş